BURADA REKLAMINIZ OLA
BİLƏR

"Adımdan elə biabırçı şeylər yazırlar ki…" - Rəşid Mahmudov

Xəbər verdiyimiz kimi Azərbaycan Tibb Universitetinin dosenti, tanınmış həkim Rəşid Mahmudov Dövlət Təhlükəsizliyi Xidmətinə müraciət edib.

Müraciət sosial şəbəkələrdə R.Mahmudovun adından müəyyən xoşagəlməz, saxta fikirlərin tirajlanması ilə əlaqədardır.

Pravda.az xəbər verir ki, məsələ ilə bağlı danışan Rəşid Mahmudov adından yayılan məlumatlardan bezdiyini söyləyib:

“Mən artıq cana doymuşam. Adımdan elə biabırçı şeylər yazırlar ki, özüm utanıram. İnanın mənim leksikonumda heç elə sözlər yoxdur. Mən heç o tərzdə yaza da bilmirəm, ümumiyyətlə sosial şəbəkələrdən istifadə etmirəm. Onlar aranı qızışdırırlar, ölkəni dağıdırlar, kişi deyillər! Çox xahiş edirəm ki, bu məsələ ilə məşğul olsunlar. Mən daha dözə bilmirəm, gündə onların yazdıqlarına reaksiya verməliyəm?! Dəfələrlə səslənmişəm ki, mən ağzımdan çıxan hər sözə görə cavab verməli oluram. Adımdan bu saxta məlumatları yayanlar kimdir axı? Onlar mütləq tapılmalıdır, cəzalandırılmalıdır. Hələ ki, DTX-dan bir cavab gəlməyib”. Yenisabah

Tarix: 24 Noyabr 2020, 14:43   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin