BURADA REKLAMINIZ OLA
BİLƏR

Sergey Lavrov və Cavad Zərif Qarabağdakı vəziyyəti müzakirə etdilər

Rusiya və İran xarici işlər nazirləri Sergey Lavrov və Məhəmməd Cavad Zərif bu gün telefon əlaqəsi vasitəsilə Dağlıq Qarabağdakı vəziyyəti müzakirə ediblər.

 

Pravda.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.

 

“Rusiya tərəfinin münaqişə zonasında tam atəşkəsə nail olmaq üçün göstərdiyi səylər, həmçinin hərbi əməliyyatların təsirinə məruz qalan mülki əhaliyə humanitar yardımın göstərilməsi nəzərə alınmaqla, Dağlıq Qarabağdakı mövcud vəziyyət müzakirə edilib”,- deyə nazirliyin məlumatında bildirilib.

 

Tərəflərin Suriya, İran körfəzi, Yəmən və Əfqanıstandakı vəziyyət daxil olmaqla digər əsas mövzular ətrafında da fikir mübadiləsi apardıqları qeyd olunub.

Tarix: 24 Noyabr 2020, 15:44   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin