BURADA REKLAMINIZ OLA
BİLƏR

DİQQƏT: Bu şəxslər 3000 manat cərimələnəcək

Prezident İlham Əliyev Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi barədə Qanunu imzalayıb.

 

Pravda.az məlumatına görə, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə aşağıdakı məzmunda 192.12-ci maddə əlavə edilir:

 

“192.12. Qanunla pedaqoji fəaliyyətlə məşğul olması qadağan edilən şəxslərlə pedaqoji fəaliyyətlə məşğul olmaq üçün əmək müqaviləsinin bağlanılmasına görə -vəzifəli şəxslər üç min manat məbləğində cərimə edilir.”.

 

Həmçinin, 599-cu maddənin adında və mətnində “Ali” sözü “Azərbaycan Respublikasında fəaliyyət göstərən bütün təhsil müəssisələrinin “Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi”nə, ali” sözləri ilə əvəz edilir.

Tarix: 24 Noyabr 2020, 19:19   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin