BURADA REKLAMINIZ OLA
BİLƏR

Azərbaycan Ordusunun bölmələri Kəlbəcər rayonuna daxil oldu – RƏSMİ AÇIQLAMA

Azərbaycan Respublikası, Rusiya Federasiyası  Prezidentləri və  Ermənistan Respublikası baş nazirinin imzaladığı üçtərəfli Bəyanata əsasən Azərbaycan Ordusunun bölmələri noyabrın 25-də Kəlbəcər rayonuna daxil olub.

 

Müdafiə Nazirliyindən Pravda.az-a verilən məlumata görə, bölmələrimizin bu istiqamətdə hərəkətini təmin etmək məqsədilə mühəndis işləri başa çatdırılıb, qoşunların hərəkət marşrutu üzrə çətin keçilən dağ yolları minalardan təmizlənir və istifadəyə hazır vəziyyətə gətirilir.

 

Gün ərzində Kəlbəcərdən foto və video materiallar təqdim olunacaq.

Tarix: 25 Noyabr 2020, 01:12   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin