BURADA REKLAMINIZ OLA
BİLƏR

Vilayət Eyvazovdan YENİ TƏYİNATLAR

Daxili İşlər Nazirliyində (DİN) yeni kadr təyinatları olub.

 

Pravda.az-ın xəbərinə görə, bununla bağlı Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov müvafiq əmrlər imzalayıb.

 

Əmrə əsasən, Kürdəmir Rayon Polis Şöbəsinin rəisi polis polkovniki Soltan Zeynalov vəzifəsindən azad olunaraq Nəqliyyatda Baş Polis İdarəsinin Dəmiryolu Nəqliyyatında Polis İdarəsinin rəisi təyin edilib. Nazirin digər əmri ilə Dəmiryolu Nəqliyyatında Polis İdarəsinin rəisi polis polkovniki Yaşar Nuriyev isə DİN-in Səfərbərlik və Mülki Müdafiə İdarəsinin rəisi təyin olunub.Report

Tarix: 29 Dekabr 2019, 13:09   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin