BURADA REKLAMINIZ OLA
BİLƏR

Bakıda kişi kirayədə yaşayan qadına təcavüz etdi

Bakı şəhəri Səbail rayon 9-cu Polis Bölməsinin əməkdaşları apardıqları əməliyyat-axtarış tədbirləri nəticəsində qadına təcavüz etməkdə ittiham olunan kişini saxlayıblar.

 

Pravda.az-ın xəbərinə görə, bu barədə hüquq-mühafizə orqanlarından məlumat verilib.

 

Cinsi təcavüzə məruz qalan şəxs 1971-ci il təvəllüdlü E.M.-dir

 

Zərərçəkən verdiyi açıqlamada tanışı, 1979-cı il təvəllüdlü Mingəçevir sakini İ.İbrahimov tərəfindən kirayədə yaşadığı mənzildə cinsi təcavüzə məruz qaldığını bildirib.

 

Qadın hadisənin 22 noyabrda baş verdiyinin söyləyib. Təcavüzü həyata keçirən kişi hadisədən öncə qadını ölümlə hədələyib. Faktla bağlı istintaq işi davam edir.Oxu.az

Tarix: 29 Dekabr 2019, 14:59   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin