BURADA REKLAMINIZ OLA
BİLƏR

"Polis" qəzeti faəliyyətini dayandırdı

Bakı şəhər Baş Polis İdarəsinin orqanı olan “Polis” qəzeti fəaliyyətini dayandırıb.

 

Pravda.az-ın xəbərinə görə, qəzet 1993-cü ildən həftədə bir dəfə çap olunub.

 

"Polis” qəzeti polisin fəaliyyət prinsiplərini (insan və vətəndaş hüquqlarına, azadlıqlarına hörmət, qanunçuluq, humanistlik) və istiqamətlərini (ictimai qaydaların qorunması, ictimai təhlükəsizliyin təmin edilməsi, cinayətlərin, digər hüquqpozmaların qarşısının alınması və açılması, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi) əsas götürərək polislə vətəndaşlar arasında şəffaf əlaqələrin yaradılmasına xidmət edib.

 

Faktı Daxili İşlər Nazirliyindən APA-ya təsdiqləyiblər.

 

Qeyd edək ki, DİN-in orqanı olan “Mübariz keşikdə” qəzeti nəşr olunur. Qəzet 1932-ci ildən çıxır.

Tarix: 26 Noyabr 2020, 15:37   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin