BURADA REKLAMINIZ OLA
BİLƏR

Dövlət Agentliyinin 100-dək əməkdaşı işdən çıxarıldı

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) fəaliyyətə başladığı dövrdən indiyə qədər 100-ə yaxın əməkdaşı işdən çıxarılıb.

 

Pravda.az-ın xəbərinə görə, bunu Agentliyin sədri Qorxmaz Təhməzli bildirib.

 

O deyib ki, bu şəxslər işinin öhdəsindən gəlmədiyinə görə vəzifəsindən azad olunublar: "Neqativ hallarla bağlı AQTA Baş Prokurorluğa müraciət edib. Nəticədə 3 əməkdaşımızın qeyri-qanuni əməllərdə iştirak etdiyi və əməllərində cinayət tərkibi olduğu aşkarlanıb. Hazırda onlar öz cəzalarını çəkirlər".

 

Q. Təhməzli qeyd edib ki, bundan sonra da işində nöqsanlara yol verən şəxslər Qanunda nəzərdə tutulmuş qaydada cəzalandırılacaqlar.

Tarix: 29 Dekabr 2019, 15:40   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin