BURADA REKLAMINIZ OLA
BİLƏR

İlqar Məmmədov əsgərlərin “qızqaçırma” ilə bağlı videosunu paylaşdı: “Adam oğurluğu ağır cinayət maddəsidir” - VİDEO

"Bu əsgərlər zarafat edirlər və onlar hər cür hörmətə layiqdirlər. Eyni zamanda, bunu deməliyəm. Təcrübəmdə gördüyüm qədər, Azərbaycan cəzaçəkmə müəssisələrində qız qaçırma üstündə uzun müddətli cəza almış həddən artıq sayda gənc var. Nəinki gənc, onların yaşlı dostu-qohumu, qonşuda taksi sürəni və s. Heç birində qız qaçırmanın ağır cinayət olduğu haqda təsəvvür olmayıb. Elə bilirdilər ki, adət yerinə yetirirlər və bir şey alınmasa dövlət onlara mülayim davranacaq. Amma uzun müddətə azadlıqdan məhrum olunurlar. "Mən sadəcə maşında gözləyirdim"ə görə illərcə məhbus həyatı yaşayırlar".

 

Pravda.az-ın xəbərinə görə, bunu ReAl Partiyanın sədri İlqar Məmmədov deyib.

 

İ.Məmmədov qeyd edib ki, indiyədək prokurorluq orqanları üçün bu sahədəki kütləvi məlumatsızlıq bir gəlir mənbəyi olub: “Hər rayonda rüşvət gəlirlərinin əhəmiyyətli bir hissəsinin məhz qız qaçırma üzrə açılan cinayət işlərindən əldə edildiyini ehtimal etmək mümkündür. Odur ki, bu mövzuda məhdudiyyətsiz və bilgisiz zarafatlar insanları çaşdıra bilər. Adam oğurluğu ağır cinayət maddəsidir. Adət məsələsinə hüquq diqqət eləmir. Prokurorluq gənclərin həyatını zay etmək istəmirsə, bu sahədə təsirli məlumatlandırma işi qurmalıdır”.

 

Tarix: 26 Noyabr 2020, 18:29   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin