BURADA REKLAMINIZ OLA
BİLƏR

Daha bir icra başçısından şikayət - VİDEO

Dekabrın 23-də keçirilən bələdiyyə seçkilərində 98 saylı Şəmkir şəhər seçki dairəsindən namizəd olmuş İbrahim İbrahimov saxtakarlıq faktları ilə bağlı video yayıb.

 

Pravda.az-ın xəbərinə görə, İ.İbrahimov həmin açıqlamada bələdiyyə seçkilərinin saxtalaşdırıldığını, rayonun icra başçısı Alimpaşa Məmmədovun və bələdiyyə sədrinin qanunsuz olaraq torpaq satdığını iddia edib.

 

Onun sözlərinə görə, icra başçısı kənd təsərrüfatı əhəmiyyətli torpaqları yaşayış və qeyri-yaşayış sahələrinin tikintisi üçün satır. Həmin ərazidə tikinti işləri başlayandan sonra vəzifəli şəxslər razı salınmazsa, qanunsuz tikinti adı ilə tikililər sökülür.

 

“Örüş və əkin sahəsini evlərin tikilməsi üçün müxtəlif şəxslərə satırlar. İcra hakimiyyətinin və bələdiyyənin razılığı olamdan həmin ərazidə tikilən obyektlər sökülür. Əvvəla, məhkəmənin qərarı olmadan heç bir tikili sökülə bilməz. Amma qanunsuz tikili adı ilə onları razı salmayan şəxslərin tikililərini sökürlər. Bəs, sökdükləri ərazilərin yaxınlığında olan evləri niyə sökmürlər? Çünki o evlərin sahibləri ilə sövdələşmə baş tutub”,- İ.İbrahimov bildirib.

 

Onun sözlərinə görə, sahibkarlıq fəaliyyəti üçün tikilən obyektlərin torpaq sahəsi bələdiyyə tərəfindən hərrac keçirərək satmalıdır, amma bu qaydaya əməl olunmur: “Torpaq satılarkən belə qaz xətlərinin mühafizə zolağı gözlənilmir. Torpaqlar satılır. Əkin və örüş torpaq sahələrinin satılması ət məhsullarının qiymətində artıma səbəb olacaq”.

 

Tarix: 29 Dekabr 2019, 19:46   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin