BURADA REKLAMINIZ OLA
BİLƏR

Maradonanın ölümündən əvvəlki son görüntüləri yayıldı

Sosial şəbəkələrdə əfsanəvi argentinalı futbolçu Dieqo Maradonanın ölümündən bir gün əvvəlki videosu yayılıb.

Pravda.az-ın xəbərinə görə, videonu idmançının qonşusu öz evinin pəncərəsindən çəkib. Kadrlarda görünür ki, Maradona kömək olmadan hərəkət edə bilmir. O, köməkçilərin çiyinlərinə söykənərək küçə boyu gəzişib.

Hansısa bir anda qonşunun oğlu keçmiş futbolçunu salamlayıb. Sabiq futbolçu isə buna cavab olaraq ona əl edib. Bundan sonra oğlan anasına deyib ki, Maradonanın özü onunla salamlaşıb.

Noyabrın 25-də 60 yaşlı sabiq futbolçunun ürək tutmasından öldüyü məlum olub. Cərrahi əməliyyatdan sonra bərpa dövrü keçən Maradona Buenos-Ayres yaxınlığındakı Tiqr şəhərindəki evində vəfat edib. Onun vəfatı ilə əlaqədar Argentinada üç günlük matəm elan olunub.Report

 


Tarix: 28 Noyabr 2020, 08:13   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin