BURADA REKLAMINIZ OLA
BİLƏR

Mirşahinin doğum günüdür

REAL TV-nin rəhbəri Mirşahin Ağayevin 56 yaşı tamam olur.

 

Pravda.az-ın xəbərinə görə, Mirşahin Ağayev 1963-cü ildə Yardımlı rayonunun Perimbel kəndində anadan olub. O, Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib. Jurnalist fəaliyyətinə Qarabağa Xalq Yardımı Komitəsinin "Azərbaycan" qəzetində başlayıb. Müharibə reportyoru olub. Azərbaycanın jurnalist və publisistlərindən biri kimi tanınır.  Vahid və Seyfulla Mustafayevlərlə birgə keçmiş ANS televiziyasının təsisçisi, ANS Şirkətlər Qrupunun vitse - prezidenti, 1992 - 2005- ci illərdə həmin televiziyanın baş redaktoru olub. M. Ağayev Əməkdar jurnalistidir.

 

Hazırda "Real Təhlil və İnformasiya Mərkəzi" Məhdud Məsuliyyətli Cəmiyyətinin (Real TV - nin) rəhbəridir.

Tarix: 13 Noyabr 2019, 21:02   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin