BURADA REKLAMINIZ OLA
BİLƏR

“Hell”in şirkəti 130 min cərimələnib

Azərbaycanda “Hell” energetik içkilərinin idxalını və satışını həyata keçirən “Coast Castle” MMC-nin 67 200 avro (təxminən 130 min manat) cərimələnməsi barədə məhkəmə çəkişməsi davam edir.

 

Pravda.az-ın xəbərinə görə, şirkət 2019-cu ildə  Maliyyə Bazarlarına Nəzarət Palatasının protokolu əsasında Nərimanov Rayon Məhkəməsinin qərarı ilə cərimlənib.

 

MMC İnzibati Xətalar Məcəlləsinin 430.4-cü (avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə) maddəsi ilə ittiham edilib.

 

“Coast Castle” MMC-nin qərarın icrasına xitam verilməsinə dair verdiyi vəsatət noyabrın 18-də Nərimanov Rayon Məhkəməsi tərəfindən təmin edilməyib.

 

Şirkət bu qərardan da apelyasiya şikayəti verib. Noyabrın 26-da Bakı Apelyasiya Məhkəməsinin hakimi Qədim Babayevin qərarı ilə iş hərəkətsiz saxlanılaraq birinci instansiya məhkəməsinə qaytarılıb.

 

Qeyd edək ki, “Coast Castle” MMC Macarıstanda istehsal olunan “Hell” energetik içkisinin Azərbaycanda distributorudur.Qafqazinfo

Tarix: 28 Noyabr 2020, 12:59   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin