BURADA REKLAMINIZ OLA
BİLƏR

Arif Quliyev: “Sağ olsun ki, qardaşları gəlib erməniləri xilas etdilər, yoxsa onları çeynəyniyərdik”

“Əvvəl gündən arzum o olub ki, xaricə getməkdənsə, ən ucqar rayonlarda çıxış edib, o insanlarla görüşüm. Mənim bu arzularım həyata keçdiyinə görə özümü çox xoşbəxt hiss edirəm”

 

Bunu Xalq artisti Arif Quliyev deyib.

 

A.Quliyev o yerlərimizi qarış-qarış gəzdiyini bildirib:

 

““Nə oldu, Paşinyan, bəs Cəbrayıla yol çəkirdin?” sözünü Ali Baş Komandan deyib. Mən isə Paşinyana deyərdim ki, nə oldu ə, arzuların ürəyində qaldı? Mən o torpaqlarımızı çox gəzmişəm. Əvvəl gündən arzum o olub ki, xaricə getməkdənsə, ən ucqar rayonlarda çıxış edib, o insanlarla görüşüm. Mənim bu arzularım həyata keçdiyinə görə özümü çox xoşbəxt hiss edirəm. Təsəvvür edin ki, Gədəbəyin, Şəmkirin, Laçının, Kəlbəcərin ən ucqar kəndlərini gəzib, konsertlər vermişəm. Hətta mən Xankəndinin özündə də konsertlər vermişəm və Kamran Bağırovun vaxtında Dövlət Dram Teatrının 50 illiyinə qatarla getmişəm. Orda da çıxışlarım olub. Ermənilər deyirdi ki, “ara, bu Arif necə gülməli oğlandır”. Hətta mən İrəvanda da kosnert vermişəm və təbii ki, həmin dövrdə orda bizim azərbaycanlılarımız da yaşayırdı.

 

İndi çox ülvi, təmiz sevinc hissləri yaşayıram. Çünki bu yara otuz ilin yox, yüz ilin yarasıdır. Məsələn, o vaxt ermənilər Kürdəmirə kimi gəlib bizi qırıblar və Nuru Paşa bizi xilas edib. Öz yerlərimizdə yaşayan mənfur düşmənlər bizi öz evlərimizdən qovmuşdular. Amma indi biz o yerlərin sahibiyik. Birinci dəfədir ki, bizim rəşadətli ordumuz, qüdrətli, qətiyyətli Ali Baş Komandanımızın səyi nəticəsində ermənilərə qalib gəldik. Sağ olsun ki, qardaşları gəlib erməniləri xilas etdilər, yoxsa onları çeynəyniyərdik. (Gülür) Amma biz yenə də humanistlik göstərdik, düşmənə güzəştə getdik. Bizim torpaqlarımızın misli bərabəri yoxdur, burda ağılla yaşayan çörək tapacaq. Yaşayamayan isə çıxıb getməlidir. Xalqımıza dəyanət, əsgərlərimizə qüvvət, yaralı hərbçilərimizə Allahdan məlhəm, şəhidlərimizə isə rəhmət diləyirəm. Şəhidlərimiz öz torpaqları, ana ocaqları uğrunda şəhid oldular. Biz onları heç vaxt unutmayacağıq”.Moderator

Tarix: 28 Noyabr 2020, 13:33   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin