BURADA REKLAMINIZ OLA
BİLƏR

Beynəlxalq sərnişin və yük daşımalarını həyata keçirən sürücülərlə bağlı DƏYİŞİKLİK

Nazirlər Kabineti “Nəqliyyat vasitələri sürücülərinin hazırlanması və onların ixtisasının artırılması kursları haqqında Əsasnamə”də dəyişiklik edib.

 

Pravda.az-ın xəbərinə görə, qüvvədə olan Əsasnaməyə görə, beynəlxalq yük daşımalarında istifadə edilən avtonəqliyyat vasitələrinin sürücüləri beynəlxalq yük daşımalarına dair beynəlxalq konvensiyalar, sazişlər və digər sənədlər, habelə bu daşımaların xüsusiyyətləri barədə zəruri biliklərə malik olmaq üçün Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən təsdiq olunmuş proqram üzrə xüsusi hazırlıq keçməlidirlər.

 

Dəyişikliyə əsasən, beynəlxalq sərnişin və yük daşımalarını həyata keçirən sürücülər Nazirlər Kabineti tərəfindən peşəkarlıq səriştəsinə dair təsdiq olunmuş proqram üzrə hazırlıq və yenidən hazırlıq keçməlidirlər. Hazırlığın keçirilməsi qaydası və müddəti Nazirlər Kabineti tərəfindən müəyyən ediləcək. Hazırlıq Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən təşkil ediləcək və keçiriləcək. Tədrisin nəticələrinə əsasən sürücüyə forması Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş sənəd veriləcək.

Tarix: 29 Dekabr 2019, 21:01   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin