BURADA REKLAMINIZ OLA
BİLƏR

Anar Bağırov vəfat edən vəkildən yazdı: “Arzusu gələcəkdə vəkillər üçün xüsusi klinikanın təsis edilməsi idi...” - FOTO

Vəkillər Kollegiyasının sədri Anar Bağırov koronavirusdan vəfat edən vəkil Tahir Əlirzayevdən yazıb.

 

Bunu yazmaq mənim üçün çox çətindir, Vəkillər Kollegiyasına 3 ilə yaxın olan sədrliyim dövründə bu gün çox ağır hisslər, sarsıntı keçirirəm. Son dəfə Tahirlə srağagün danışmışam, COVİD-19-dan xəstəxanada müalicə alırdı, həkimlərdən razılığını bildirirdi,  ağır xəstəlik olduğunu qeyd etmişdi. Mənə video göndərdi və onu yaymağı xahiş etdi, ünvanladığı son arzusu isə  gələcəkdə vəkillər üçün xüsusi klinikanın təsis edilməsi idi.

 

Həyatı sevirdi Tahir qardaşımız, dostcanlı, qohumcanlı idi, yaşamağı bacarırdı, həmişə poziti və gülərüz idi, vəkil adını uca tuturdu, pulsuz hüquqi yardım sahəsində ən çox fəallıq göstərən vəkil bürosunun rəhbəri idi.

 

Xeyirxah və qayğıkeş qəlbimizdə həmişə cavan Tahirimiz, məkanın cənnət olsun,

 

Allah sənə qəni-qəni rəhmət eləsin...

Fotoları təqdim edirik
Tarix: 28 Noyabr 2020, 19:48   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin