BURADA REKLAMINIZ OLA
BİLƏR

Azərbaycanda son sutkada 38 nəfər koronavirusdan vəfat etdi

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 4170 yeni yoluxma faktı qeydə alınıb, 1985 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

 

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 38 nəfər vəfat edib.

 

İndiyədək ölkədə ümumilikdə 118195 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 73676 nəfər müalicə olunaraq sağalıb, 1361 nəfər vəfat edib, aktiv xəstə sayı 43158 nəfərdir.

 

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 17581, ötən müddət ərzində isə ümumilikdə 1718235 test aparılıb.

Tarix: 29 Noyabr 2020, 14:37   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin