BURADA REKLAMINIZ OLA
BİLƏR

Baydenin ayağı sındı

ABŞ-da noyabrın 3-də keçirilmiş prezident seçkilərində öz qələbəsini elan etmiş Demokratlar Partiyasının namizədi Co Baydenə tomoqrafiyadan sonra ayaq sümüklərinin sınıqları diaqnozu qoyulub.

 

Pravda.az RİA “Novosti”yə istinadən xəbər verir ki, bu barədə ona yaxın jurnalistlər bildirib.

 

"Kompüter tomoqrafiyası yan və orta sümüklərin sapaoxşar sınıqlarını təsdiq etdi", - müxbirlər həkimdən sitat gətirib.

 

Xəbərdə vurğulanır ki, Baydenin bir neçə həftə ərzində xüsusi çəkmədə gəzməyə məcbur olacaq.

 

Qeyd edək ki, Co Bayden iti “Meyjer”lə oynayan zaman sürüşüb və topuğu burxulub. Bayden avtomobil kortecinin müşayiəti və jurnalistlərlə həkim-ortopedə gedib.Report

Tarix: 30 Noyabr 2020, 08:31   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin