TƏBİB: Onlar COVID-19 xəstələrinin müalicəsinə könüllü qoşulmuş tələbələr idi

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) qəzada ölən tələbələrlə bağlı məlumat yayıb.

 

Pravda.az xəbər verir ki, məlumatda deyilir:

 

"Bu gecə baş verən dəhşətli yol qəzasında həlak olan Azərbaycan Tibb Universitetinin 3 tələbəsi:

 

Sahil Mustafazadə - Əczaçılıq fakültəsinin V kurs tələbəsi,

 

Tuncay Məmmədov Müalicə Profilaktika fakültəsinin V kurs tələbəsi,

 

Yeganə Məmmədova Müalicə Profilaktika Fakültəsinin VI kurs tələbəsi olublar.

 

Onlar COVID-19 xəstələrinin müalicəsinə könüllü qoşulmuş tələbələr idi. Ruhları şad olsun!"

 

Tarix: 30 Noyabr 2020, 17:26   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin