BURADA REKLAMINIZ OLA
BİLƏR

“Qazilərimiz dövlətimizin idarə edilməsində daha fəal iştirak etməlidirlər” – Əkrəm Həsənov

“Qədim Romada müharibə veteranı Senata gəlib alt köynəyini cırıb aldığı yaraların izlərini göstərərək sözünü deyə bilirdi. Yaxşı olardı ki, bizdə də qazilərimizin parlamentdə çıxış etmək və qanunvericilik təşəbbüsü hüquqları olsun. Fərdi olmasa da, heç olmasa qrup halında (maksimum 50 nəfər) olsun”.

 

Pravda.az-ın xəbərinə görə, bunu tanınmış vəkil Əkrəm Həsənov deyib.

 

Ə.Həsənov bildirib ki, Qərbin dünyaya sırıdığı demokratiya konsepsiyasına görə hər kəsin yaşından, təcrübəsindən, savadından, Vətən üçün vuruşub-vuruşmamasından və əmlakından asılı olmayaraq bir səsi var: “Riyakar və səmərəsiz yanaşmadır. Amma hələlik dəb budur və onunla barışmalı oluruq. Amma heç olmasa qanunvericilik təşəbbüsü baxımından dəyişiklik edə bilərik. Hazırda yalnız 40 min vətəndaşın qanunvericilik təşəbbüsü var. Qoy maksimum 50 qazinin də təşəbbüs hüququ olsun. Adi vətəndaşla qazi bərabər deyil! Onlar dövlətimizin idarə edilməsində daha fəal iştirak etməlidirlər. Bu hüququ qanları bahasına qazanıblar! Ən əsası isə onların Vətən üçün yandığına şübhəmiz yoxdur!”

Tarix: 30 Noyabr 2020, 20:53   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin