BURADA REKLAMINIZ OLA
BİLƏR

Laçında komendant postlarının yaradılması ilə bağlı işlərə başlanıldı

Laçın rayonunda komendant postlarının yaradılması ilə bağlı işlər görülür.

Pravda.az-ın məlumatına görə, bu barədə Laçın rayon İcra Hakimiyyətindən məlumat verilib.

Məlumatda bildirilir ki, hazırda bu istiqamətdə hazırlıq aparılır: "Bu gün Azərbaycan Ordusu rayon ərazisinə daxil olub. Ordu mövqeləri möhkəmləndirəndən sonra komendant postlarının yaradılmasına başlanacaq. Yəqin ki, sabah komendant postları yaradılacaq, Laçın rayon polis şöbəsinin əməkdaşları əraziyə köçürüləcək".

Qeyd edək ki, Azərbaycan Respublikası, Rusiya Federasiyası Prezidentləri və Ermənistan Respublikası baş nazirinin imzaladığı üçtərəfli bəyanata əsasən Azərbaycan Ordusunun bölmələri dekabrın 1-də Laçın rayonuna daxil olub.Trend

Tarix: 1 Dekabr 2020, 10:33   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin