BURADA REKLAMINIZ OLA
BİLƏR

Kamil Zeynallı şəhid Xudayar haqda: “Biz səninlə oturub söhbətlər eləmişdik ki, musiqidə sənə dəstək olacaqdım”

Tanınmış fitnes ustası Kamil Zeynallı 22 yaşlı şəhid gizir Xudayar Yusifli haqqında xatirələrini izləyiciləri ilə bölüşüb.

 

Pravda.az xəbər verir ki, Kamil Xudayarla döyüşlərdə iştirakını belə xatırlayır:

 

"Xudu, Allah sənə rəhmət eləsin. Sabah sənin dünyadan köçməyindən 40 gün keçəcək. Gəlib sənin ocağını, məzarını ziyarət edəcəm. Biz səninlə oturub söhbətlər eləmişdik ki, musiqidə sənə dəstək olacaqdım. Arada snaperlə nə qədər düşmən vurduğunu deyirdin. Yorulanda başqa silah götürürdün. Söhbət zamanı düşmən tərəfindən mərmi atıldı, oturduğumuz yerdə başımızı tutduq. Mərmi gəlib kənara düşdü. Zarafata dedik ki, həmişə belə səhv atmısınız. Dedik, güldük... Sənin necə gözəl insan olduğunu necə yazım burada? Necə izah edim bilmirəm. Sən başqa insan idin. Sabah gəlib səni məzarda görəcəyimə inana bilmirəm... Xudu sən yaşayırsan, əziz qardaşım..."

Tarix: 1 Dekabr 2020, 10:41   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin