BURADA REKLAMINIZ OLA
BİLƏR

Əcnəbi tələbələr Tibb Universitetindən xaric edildi

Azərbaycan Tibb Universiteti (ATU) 35 əcnəbi tələbəni ali məktəbdən xaric edib.

 

Bu barədə Pravda.az-a ATU-dan bildirilib. Qərar Universitetin Rektoryanı Şurası tərəfindən çıxarılıb.

 

Onlar universitetlə müqavilə şərtlərini pozduqlarına görə, konkret olaraq 20192020-ci tədris ili üçün müəyyən edilmiş təhsil haqqını ödəmədikləri üçün ATU-dan xaric ediliblər.

 

Bundan əlavə, təhsil haqqının tam ödənilməsi üçün 9 tələbəyə yanvarın 15-dək müddət verilib. Bu tələbələr indiyədək təhsil haqqının yalnız bir qismini ödəyiblər.

Tarix: 30 Dekabr 2019, 10:25   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin