BURADA REKLAMINIZ OLA
BİLƏR

“İnanmıram ki, ermənilər Xocalı və Xankəndində Azərbaycan vəsiqəsi ilə yaşasınlar…”

“Anam hər zaman cəbhədə əsgərlərlə görüşündən sonra onları vəsf edən şeirlər yazardı.. Yadımdadır, şeirlərini gecələr lampa işığında yazırdı.. Elə fəxr edirdi ki, Azərbaycan əsgəri ilə.. Anam bəlkə də daha çox yaşayardı, amma Şuşa dərdinə dözmədi.. Fikir edirdi, vətənin çətin gününü görmək ona ağır idi”-

 

Bu sözləri ilk qadın Xalq şairi Mirvarid Dilbazinin qızı Xatirə Dilbazi bildirib. Xalq şairinin qızı daha sonra əlavə edib.

 

“Nəhayət ki, qələbə, zəfər çaldıq.. Bizim yaşda olan insanlar da uşaq kimi sevinir. Bu günümüzə görə Allaha şükürlər olsun. Allah əsgərlərimizə uzun ömür can sağlığı versin ki, onlar soyuqda, qarda bizi qoruyurlar. Cənab prezidentimiz də sağ olsun ki, əzəli torpaqlarımızı bizə qaytardı. Şəhidlərimizə rəhmət diləyirəm. Allah onların analarına səbr versin. Biz çox humanist xalqıq, torpaqları tərk edərkən onlara vaxt verdik. Amma onlar neyləmişdilər? Bizim ayağı yalın olan insanlarımızın arxasından güllə atırdılar. İnanmıram ki, ermənilər Xocalı və Xankəndində Azərbaycan vəsiqəsi ilə yaşasınlar, yaşamayacaqlar, çıxıb gedəcəklər. Onların torpağımızda izi-tozu da qalmayacaq” deyə Xatirə Dilbazi bildirib.Moderator

Tarix: 1 Dekabr 2020, 16:26   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin