BURADA REKLAMINIZ OLA
BİLƏR

Bu şəxslərə təhsili ilə bağlı güzəşt ediləcək

MBA proqramı üzrə magistr təhsili almış şəxslərin doktorantura təhsili ilə bağlı qərar qəbul edilib.

 

Pravda.az-ın məlumatına görə, MBA proqramını bitirən məzunların çoxsaylı müraciətlərini və onların təhsillərinin davam etdirmək istəyini, həmçinin Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin VII bəndini nəzərə alaraq Təhsil Nazirliyi bildirir ki, qanunvericilikdə edilən sözügedən dəyişikliyə qədər (2019-cu ilin 13 noyabr tarixi) MBA proqramına qəbul olunmuş və məzun olarkən magistr dissertasiyası müdafiə etməmiş şəxslərin iqtisad elmləri üzrə doktorantura ixtisaslarına qəbul imtahanlarda iştirak etmələrinə imkan yaradılacaq.

Tarix: 1 Dekabr 2020, 17:03   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin