BURADA REKLAMINIZ OLA
BİLƏR

TƏBİB-də kadr təyinatı

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinə (TƏBİB) mətbuat katibi təyin olunub.

 

Pravda.az-ın xəbərinə görə, qurumun İdarə Heyətinin sədri Ramin Bayramlının əmri ilə Rəvanə Əliyeva mətbuat xidmətinin rəhbəri təyin edilib.

 

R.Əliyeva buna qədər Bakı Nəqliyyat Agentliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri vəzifəsində çalışıb. Daha əvvəl isə uzun müddət müxtəlif qurumlarda fəaliyyət göstərib.

Tarix: 30 Dekabr 2019, 11:24   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin