BURADA REKLAMINIZ OLA
BİLƏR

İlk dəfə: Heyvan öldürülmədən hazırlanan ətin satışına icazə verildi

Dünyada ilk dəfə Sinqapurda bioreaktorda heyvan öldürülmədən istehsal edilən ətin satışına icazə verilib.

 

Pravda.az xəbər verir ki, bu barədə “Guardian” qəzeti yazıb.

 

Məlumata görə, ABŞ-ın “Eat Just” şirkətinin istehsal etdiyi “toyuq hissələri” Sinqapurun Qida Agentliyinin təhlükəsizlik yoxlanışından uğurla keçib.

 

Bildirilib ki, “Eat Just”ın məhsulu 1 200 litrlik bioreaktorda hazırlanır və sonra bitki əsaslı elementlərlə birləşdirilir.

 

Məhsulun normal toyuq ilə müqayisədə bahalı olacağı və sadəcə Sinqapurdakı bir restoranda satılacağı vurğulanıb.Report

Tarix: 2 Dekabr 2020, 13:39   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin