BURADA REKLAMINIZ OLA
BİLƏR

Azərbaycanda qonşusunun evini atəşə tutan şəxs tutuldu

Lənkəran sakinindən silah götürülüb.

 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Pravda.az-a verilən məlumata görə, dekabrın 16-da Lənkəran rayonunun Parakənd kənd sakini N.Quliyevin həmkəndlisi İ.Mirzəyevin evi istiqamətində tüfəngdən 2 dəfə atəş açıb.

 

Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə N.Quliyevdən müvafiq sənədləri olan “İJ-18” markalı ov tüfəngi götürülüb. Faktla bağlı araşdırma aparılır.

Tarix: 30 Dekabr 2019, 13:08   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin