BURADA REKLAMINIZ OLA
BİLƏR

"Təhsildə "Sinqapur" modelinə keçib, seçkidə "Məzahir", iqtisadiyyatda "Gilan" modeli ilə işləmək olmaz...”

“Təhsil Nazirliyi dərsliklərdə və tədrisdə "Sinqapur modelinə" keçəcəyini açıqlayıb, əla, çox pakizə, bəyənilsin, tam səmimi deyirəm, buna çox sevindim. Amma, təhsil ayrıca bir sahə kimi inkişaf edə, ayrıca bir model kimi təbdiq edilə bilməz, təhsil ümumi sistemin tərkib hissəsi və əsas baza komponenti olmalıdır”.

 

Pravda.az-ın xəbərinə görə, bunu ekspert Natiq Cəfərli deyib.

 

“Təhsildə "Sinqapur" modelinə keçib, məsələn, məhkəmədə "Xırdalan", seçkidə "Məzahir", iqtisadiyyatda "Gilan" modeli ilə işləmək olmaz, bu mümkün deyil. Yüksək təhsil = Keyfiyyətli kadr. Yaxşı kadr yetişdi, biznes açdı, sabah aparıb saldılar “podval”a, iki zərbədən sonra notarius gəldi, adam biznesi devr etdi başqasına, çıxıb məhkəməyə versə, bir "kruq" da “podval”a düşəcək. Yaxşı, o zaman Sinqapur modeli ilə təhsil alan insan nə etsin? Bəli, ölkədən köçəcək, gedib ideyalarını ədalətli məhkəmə olan yerdə həyata keçirməyə çalışacaq. Xub, o zaman biz qonşu ölkələrə yaxşı kadr hazırlamaqla məşğul olacağıq, eləmi?! Təhsil ən vacib sahədir, çox önəmlidir, amma ayrıca sahə deyil, ümumi sistemin tərkib hissəsidir. Yəni, məhkəmə ədalətli, biznes rəqabətli olmasa, təhsilin urvatlı olmasının mənası yoxdur...” – N.Cəfərli qeyd edib.

Tarix: 2 Dekabr 2020, 22:18   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin