BURADA REKLAMINIZ OLA
BİLƏR

Adil İsmayılovun son statusu – “Canından keçə bilməyənlər, pulundan keçib Vətən uğrunda canından, sağlamlığından keçənlərə..."

Xəbər verdiyimiz kimi, tanınmış vəkil Adil İsmayılov koronavirusdan vəfat edib.

 

Pravda.az A.İsmayılovun “Facebook” sosial şəbəkəsində yazdığı son statusu təqdim edir:

 

TANINMAQ  ONLARIN  HAQQI, TANIMAQ BİZİM BORCUMUZDUR!

 

İki gündü facebookun xəbərlər lentində şəhidlərimiz barədə yazılar, şəkillər paylaşılır. Üzlərindən nur tökülən,təbəssüm yağan  əksəri gənc olan bu insanların şəkillərinə baxdıqca adamın ürəyi parçalanır. Bəzi paylaşımlar  ayrı-ayrı rayonlardan olan şəhidlər barəsində siyahılardır. Allah Vətən uğrunda canından keçən bütün şəhidlərə rəhmət eləsin, ruhları şad olsun. Fikirləşirəm ki, nə qədər ağır və acı olsa da ləngitmədən bütün şəhidlərin adları açıqlanmalıdır, tanınmaq onların haqqıdır.  Onları tanıyıb layiq olduqları qiyməti vermək dövlətin və  bizim borcumuzdur. Şəhidlərlə yanaşı itkin düşənlərin, yaralıların və müharibə iştirakçılarının adları da ictimailəşdirilməlidir. İndi 90-cı illər olmadığından bunu etmək dövlət qurumları üçün heç bir çətinlik yaratmayacaq.  Siz etməsəniz yenə də qeyri-rəsmi, dəqiqləşdirilməmiş məlumatlar onsuz da yayılacaq.

 

Müharibə iştirakçılarının siyahısının aşıqlanması onların  adının əbədiləşdirilməsi üçün ilk adddım olardı.

 

BİZƏ GƏLİNCƏ canından keçə bilməyənlər, heç olmazsa malından-pulundan  keçib Vətən uğrunda canından, sağlamlığından keçənlərə maddi dəstək verməklə onlara olan borcumuzdan azacıq da olsa çıxa bilərdik.

Tarix: 3 Dekabr 2020, 11:19   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin