BURADA REKLAMINIZ OLA
BİLƏR

Yeni ilin ilk günlərinin hava proqnozu açıqlandı

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin direktoru Umayra Tağıyeva Yeni ildə bayram günləri gözlənilən hava proqnozunu açıqlayıb.

 

Pravda.az-ın xəbərinə görə, U. Tağıyeva bu gün Ekologiya və Təbii Sərvətlər Nazirliyində təşkil edilən mətbuat konfransında bildirib ki, dekabrın 30-dan 31-nə keçən gecə respublikanın şərq rayonlarında, o cümlədən Bakıda və Abşeron yarımadasında qisamüddətli yağış yağacağı, günün ikinci yarısında isə  kəsiləcəyi gözlənilir.

 

U. Tağıyeva deyib ki, Yeni İlin ilk günü isə ölkədə kifayət qədər yumşaq, küləksiz hava şəraiti olmaqla, temperaturun 14 dərəcəyə yaxınlaşacağı proqnozlaşdırılır. Yanvarın  1-i və 2-i hava yağmursuz olacaq. Yanvarın 3-dən 5-dək isə ölkə ərazisində havanın temperaturu 3-4 dərəcə aşağı düşəcək, dağlıq və dağətəyi ərazilərə qar yağacaq. Yanvarın 6-da isə hava şəraiti mülayimləşəcək.

 

Avropanın ən böyük ceyran populyasiyası olan Şirvan milli parkında havanın temperaturu 10-13 dərəcə təşkil edəcək.  Onların qışlama ərazisi Ağgöl və Qızılağac milli parklarında havanın temperaturu bu ərazidə 10-14 dərəcəyə yaxın olacaq. Göygöl və Maralgöldə isə havanın temperaturu burada 9-11 dərəcə isti,  gecəyə doğru isə 2 dərəcə şaxta olacaq.

 

Şahdağ milli parkında gündüz saatlarında orada havanın temperaturunun 0-5 dərəcə isti, gecə isə 3-8 dərəcə şaxtaya yaxın olacağı gözlənilir.

Tarix: 30 Dekabr 2019, 14:18   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin