BURADA REKLAMINIZ OLA
BİLƏR

Bakıda əmək fəaliyyəti ilə məşğul olan koronavirus xəstəsi saxlanıldı - VİDEO

Bakıda ictimai yerdə, əmək fəaliyyəti ilə məşğul olan koronavirus xəstəsi aşkarlanıb.

 

DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə, Səbail Rayon Polis İdarəsinin (RPİ) 8-ci Polis Bölməsinin (PB) əməkdaşları tərəfindən rayon ərazisində ictimai yerdə, əmək fəaliyyəti ilə məşğul olan aktiv COVID-19 xəstəsi - Bakı şəhər sakini Rəşad Səfərov müəyyən olunaraq saxlanılıb.

 

Polis əməkdaşları tibbi prosedurları gözləməklə onu yaşadığı evə qaytarıblar.

 

Onun barəsində Səbail RPİ-nin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 139-1.1-ci (epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanıb, istintaq araşdırmaları davam etdirilir.

 

Tarix: 3 Dekabr 2020, 16:05   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin