BURADA REKLAMINIZ OLA
BİLƏR

Zaxarova: "Qarabağa gündəlik 1000-2000 erməni qaçqının qayıdışı təmin olunur"

“Dağlıq Qarabağ regionunda atəşkəsin pozulması halları qeydə alınmayıb”.

Pravda.az-ın xəbərinə görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib.

Onun sözlərinə görə, Rusiya sülhməramlıları gecə-gündüz vəziyyəti monitorinq etməyə və atəşkəsə nəzarət etməyə davam edirlər: “Sülhməramlılar tərəfindən qaçqınların təhlükəsiz qayıdışı və mülki avto-nəqliyyatın hərəkətinin bərpası təmin olunub. Bundan başqa sülhməramlılarımız əraziləri minalardan təmizləyirlər”.

Rusiya XİN rəsmisi itkin düşən hərbçilərin axtarışı və həlak olanların cəsədlərinin dəyişdirilməsi barədə də danışıb. O, bunu həm Azərbaycan, həm də Ermənistan tərəfi üçün həssas məsələ adlandırıb, prosesin Rusiya sülhməramlılarının nəzarətində olduğunu söyləyib: “Sülhməramlılarımız müasir texniki vasitələrlə axtarışları davam etdirirlər. Dağlıq Qarabağda əsas humanitar məsələlər həll olunub. Azərbaycan və erməni tərəfinin strukturları ilə daim təmasdayıq”.

Zaxarova Dağlıq Qarabağa erməni qaçqınların qayıdışının təmin olunmasından da danışıb: “Noyabrın 14-dən bu günə kimi qayıdan qaçqınların sayı 30 minə çatır. Gündəlik olaraq 1000-2000 qaçqının qayıdışı təmin olunur. Bu istiqamətdə müvafiq beynəlxalq strukturlarla işləyirik”. 

Tarix: 3 Dekabr 2020, 17:57   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin