BURADA REKLAMINIZ OLA
BİLƏR

Bayden öz inaqurasiya mərasimindən danışdı

ABŞ-ın gələcək prezidenti Co Bayden Birləşmiş Ştatların hazırkı dövlət başçısı Donald Trampın öz inaqurasiyasında olmasına ümidini ifadə edib.

Pravda.az-ın məlumatına görə, bu barədə CNN bildirib.

Bayden əlavə edib ki, Trampın gəlişi "hakimiyyətin sülh ilə ötürülməsini nümayiş etdirəcək".

ABŞ mətbuatının məlumatına görə, prezident seçkilərində Demokratlar Partiyasının namizədi Co Bayden qalib gəlib. Bəzi ştatlar Baydenin qalib gəldiyini açqlayıblar. ABŞ-da növbəti inaqurasiya 2021-ci ilin 20 yanvarında olacaq. Birləşmiş Ştatların hazırkı prezidenti Donald Tramp 3 noyabr seçkilərindəki məğlubiyyətlərini tanımır. Respublikaçıların namizədi bir sıra ştatların seçkilərinin nəticələrinə etiraz edir.Report

Tarix: 4 Dekabr 2020, 08:08   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin