BURADA REKLAMINIZ OLA
BİLƏR

Karantin rejimi pozuldu – Şadlıq sarayında kim toy edib?

Azərbaycanda COVID-19 səbəbilə tətbiq olunan xüsusi karantin rejiminə uyğun olaraq toy məclislərinin təşkilinə qoyulan qadağa pozulur.

 

Pravda.az xəbər verir ki, son günlər Bakının məşhur şadlıq saraylarında bir neçə toy məclisi baş tutub.

 

Bununla bağlı sosial şəbəkələrdə görüntülər də yayılmaqdadır.

 

Xəbərə görə, bu görüntülər yayıldıqdan sonra hüquq-mühafizə orqanları məsələni araşdırıb və bir neçə nəfər həbs olunub.

 

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Elşad Hacıyev bildirib ki, məsələ nazirliyin diqqətindədir və bununla bağlı ictimaiyyətə açıqlama veriləcək.

Tarix: 4 Dekabr 2020, 09:33   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin