BURADA REKLAMINIZ OLA
BİLƏR

Prezidentdən Ağstafa ilə bağlı SƏRƏNCAM

Prezident İlham Əliyev Ağstafa rayonunda Dilbaz Atçılıq təsərrüfatı üçün yeni kompleksin tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

 

Pravda.az-ın xəbərinə görə, sərəncama əsasən, Ağstafa rayonunda Dilbaz Atçılıq təsərrüfatı üçün yeni kompleksin tikintisi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 15 yanvar tarixli 890 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində digər layihələr üzrə dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü"nün 1.12.23-cü yarımbəndində göstərilmiş məbləğin 5 030 000 (beş milyon otuz min) manatı Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinə ayrılıb.

Tarix: 30 Dekabr 2019, 16:39   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin