BURADA REKLAMINIZ OLA
BİLƏR

Azərbaycan əsgərləri Xankəndidə - TƏFFƏRÜAT

"Azərbaycan hərbçiləri erməni yaşayış məntəqələrinə girirlər. Şahidlərin dediklərinə görə, azərbaycanlı əsgərlər Stepanakert (Xankəndi) supermarketlərində alış-veriş edirlər”.

Pravda.az xəbər verir ki, bu barədə Ermənistanın “Politik.am” nəşri məlumat yayıb. Məlumatda deyilir ki, “Onları Rusiya sülhməramlıları müşayiət edir. Ancaq bu  insanlar heç bir şey olmamış kimi mağazalarımızda alış-veriş edirlər. Nikol, ləyaqət, şərəf haqqında heç bir fikriniz yoxdur. Ancaq başa düşün ki, bu kimi hərəkətlər başqa bir partlayışa səbəb olacaq. Onda siz burada olmayacaqsınız, amma qərarlarınızın ağır nəticələrini yenə də biz hiss edəcəyik”.

Qeyd edək ki, qondarma “DQR” prezidentinin təhlükəsizlik üzrə keçmiş müşaviri Tiqran Abrahamyan da Nikol Paşinyana sərt mesaj göndərib: “25 gün keçib, amma hələ də erməni əsgərlərin meyitləri təhvil verilmir. Əsirlər qaytarılmır, üstəlik, Azərbaycan əsgəri Xankəndidəki mağazalardan alış-veriş edir. Türk agenti Paşinyan, bütün bunlara görə cavab verməlisən!”.

Tarix: 4 Dekabr 2020, 13:13   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin