BURADA REKLAMINIZ OLA
BİLƏR

“Bir ildir iş yoxdur, çəkildiyin filmin pulunu alırsan, o qalaya hazır olana kimi pul qurtarır...” – Fərda

“Karantin olmayanda güclə qazanırdıq. Olanda isə gəlir yerimiz bağlandı”.

 

Pravda.az xəbər verir ki, bu sözləri tanınmış aktyor Fərda Xudaverdiyev efirdə deyib. Sənətçi işsiz qalmasından gileylənib:

 

“Müğənnilərin gəliri toydan, bizdə isə filmdən idi. Hamı deyirdi, nə qədər filmə çəkilirsiz? İndi onlar da, biz də dincəldik. Film yoxdur. Bu da o deməkdir ki, bir ildir iş yoxdur. Bizdə qonorar elə də çox olmur. Çəkildiyin filmin pulun alırsan, o qalaya hazır olana kimi pul qurtarır. Hansı aktyor bir ildə iki-üç filmə çəkilmək istəyər?”

Tarix: 4 Dekabr 2020, 13:33   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin