BURADA REKLAMINIZ OLA
BİLƏR

Məleykə Əsədova: “Nə yaxşı ki, Azərbaycanda doğulmuşam, nə yaxşı ki, bu xalqın övladıyam”

“Ürəkdən sevinməyi neçə illərdir demək olar ki, unutmuşdum. Amma bu zəfər, qələbə xəbərlərinə o qədər ürəkdən sevindim ki.. Hər torpağımız alınanda, cənab prezidentimizin çıxışını eşidəndə sevincimin həddi-hüdudu yox idi. Ölkə başçısı o gecə qələbə xəbərini xalqa çatdıranda sevincdən, fərəhdən o qədər ağladım ki”.

 

Bu sözləri Akademik Milli Dram Teatrının aparıcı aktrisası, Xalq artisti Məleykə Əsədova bildirib. Yaradıcı bir insan kimi daima öz üzərində işləyən sənətkar bir-birindən gözəl qələbə ruhlu şeirlər hazırladığını da bildirib.

 

“Allah hər zaman xalqımıza sevinc göz yaşları qismət etsin. Bu sevinci, qələbəni bizə bəxş edən Ali Baş komandanımız cənab İlham Əliyevə, əsgərlərimizə can sağlığı arzulayıram. Şəhidlərimizin ruhu şad olsun. Əsgərlərimizi, şəhidlərimizi dünyaya gətirən o anaların qarşısında baş əyirəm, əllərindən öpürəm. Bu müharibədə həm də Azərbaycan xalqının necə birlik göstərdiyinin şahidi oldum. Bizim xalqdan dünyada yoxdur. Həqiqətən də çox istiqanlı millətimiz var. Prezidentimizin hər çıxışı ordumuza, xalqımıza güc verdi və hamı bayrağımız ətrafında sıx birləşdi. Mən hər zaman deyirəm ki, nə yaxşı ki, Azərbaycanda doğulmuşam, nə yaxşı ki, bu xalqın övladıyam. Qələbə ruhlu, zəfər əzmli o qədər şeirlər hazırlamışam ki.. “Azərbaycan”, “Ali Baş komandan” adlı, Baba Vəziroğlunun şeirlərini səsləndirmişəm, Ramiz Duyğunun “Karvan gedir öz yoluyla” şeirinin davamı olaraq “Qalibiyyət dastanı” şeirini hazırlamışam. Allahdan bütün xalqımıza, millətimiz, yaralı əsgərlərimizə, qazilərimizə can sağlığı arzu edirəm. Qoy həmişə qəlbimizdə bu cür sevinc olsun” - deyə Xalq artisti bildirib.Moderator

Tarix: 4 Dekabr 2020, 14:11   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin