BURADA REKLAMINIZ OLA
BİLƏR

Ən təhlükəsiz ölkələrin adları açıqlandı

Səyahət etmək üçün dünyanın ən təhlükəsiz ölkələri İslandiya, Danimarka, Norveç və Finlandiyadır.

 

Belə bir qənaətə gələn “İnternational SOS” səhiyyə və təhlükəsizlik xidmətləri təşkilatı “Travel Risk Map” xəritəsinin yeni variantını dərc ediblər.

 

Səyahət baxımdan “kiçik risq daşıyan” ölkələr arasında İsveçrə, Luksemburq, Sloveniya qeyd olunur. Bütövlükdə Avropanın böyük hissəsi, Böyük Britaniya, habelə Kanada, ABŞ, Avstraliya aşağı risq daşıyan ölkələr siyahısına salınıb.

 

Həmçinin Suriya, İraq, Cənubi Sudan səyahətçilər üçün "fövqəladə" risq daşıyan ölkə olaraq səciyyələndirilir.

 

Dünya ölkələri səyahət üçün əlverişli olmaq baxımdan dəyərləndirilərkən siyasi sabitlik, sosial gərginlik dərəcəsi, zorakılıqla və əmlakla bağlı cinayətkarlıq səviyyəsi nəzərə alınıb.Report

Tarix: 4 Dekabr 2020, 15:36   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin