BURADA REKLAMINIZ OLA
BİLƏR

Vəkildən Rasim Musabəyova cavab: “Seçkidə səslərimi oğurlayıb”

“Qardaş dövlət Türkiyə ilə aramızda olan dostluq və qardaşlıq əlaqələrinə paxıllıqla yanaşan vətən xainlərinin sayı getdikcə artır. Bunlardan birinin hazırda Milli Məclisin deputatı olması isə işin ən dəhşətli məqamıdır. Babası Qəzənfər Musabəyovun da mart soyqırımı vaxtı Bakının hərbi komendantı olduğunu xatırlasaq, əslində hazırki müsahibəyə də təəccüblənmərik”.

 

Pravda.az-ın xəbərinə görə, bunu vəkil Ceyhun Yusifov deyib.

 

“Deputat seçkiləri vaxtı mənim haqqımı tapdalayan, səslərimi oğurlayıb mənə min cür təzyiqlər etdirən adamdan elə bu hərəkəti gözləmək olardı. Seçkilər vaxtı bu şəxsin yalançı və saxtakarlıq maskasını tamam ifşa etmişdim. Seçkidə isə açıq nokaut vəziyyətinə saldım. Amma təəssüf ki, sonu hamıya məlumdur. Sualım isə Rasim Musabəyova yox ona himayədarlıq edib haqqımı alıb ona verənlərədir. Gördünüzmü mənim haqqımı kimə verdiniz? Dövlətçilik, millətçilik ən əsası türkçülük mənim üçün Quran ayəsi qədər müqəddəs olduğunu bilə-bilə mənim haqqımı alıb Rasimə verdiniz. Yəqin bu hamımıza əbədi bir dərs olar. Tanrı Türkü qorusun, Tanrı millətimi qorusun, Tanrı Prezidentimi qorusun” – C.Yusifov qeyd edib.

Tarix: 4 Dekabr 2020, 16:38   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin