BURADA REKLAMINIZ OLA
BİLƏR

ATƏT-də kadr təyinatları

ATƏT-in rəhbər postlarına yeni təyinatlar təsdiqlənib.

 

Pravda.az-ın xəbərinə görə, ATƏT-ə üzv dövlətlər uzun müddətdir təşkilatın boş qalan rəhbər vəzifələrinə təyinatlarla bağlı razılığa gələ biliblər.

 

ATƏT-in Baş katibi postuna alman diplomat Helqa Şmid seçilib.

 

O, Avropa İttifaqının (Aİ) xarici siyasət ofisində eyni vəzifəni tutur.

 

İtaliyalı Matteo Mecacci ATƏT-in seçki və insan haqları üzrə ofisinin direktoru, Maria Tereza Ribeyro ATƏT-in media azadlığı üzrə xüsusi nümayəndəsi, Kayrat Abdrahmanov isə ATƏT-in milli azlıqlar üzrə ali komissarı seçilib.

 

Xatırladaq ki, üzv dövlətlər bu il ATƏT-in Baş katibi vəzifəsi də daxil olmaqla dörd əsas rolda üç illik heyət müddətini yeniləməyə razılaşa bilməmişdilər. Buna görə də həmin vəzifələr iyul ayından bəri boş idi.

Tarix: 4 Dekabr 2020, 16:50   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin