BURADA REKLAMINIZ OLA
BİLƏR

Leyla Əliyeva paralimpiyaçılarla birgə teatrda

Beynəlxalq Paralimpiya Komitəsinin 30 illik yubileyi münasibətilə Gənc Tamaşaçılar Teatrında “Yenilməzlər” adlı beynəlxalq qala tədbir keçirilib.

 

Pravda.az xəbər verir ki, tədbirdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, Beynəlxalq Paralimpiya Komitəsinin təmsilçiləri, idman ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

 

Heydər Əliyev Fondunun və Azərbaycan Milli Paralimpiya Komitəsinin təşkilatçılığı ilə keçirilən və özünəməxsusluğu ilə seçilən tədbirdə fiziki məhdudiyyətli insanların həyat hekayələri kölgə teatrı, ultrabənövşəyi şou və pantomima tamaşaları vasitəsilə təqdim olunub.

 

Tədbirin sonunda Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və digər iştirakçılar üzərində “Yenilməzlər”in loqosunun həkk olunduğu tablonu xüsusi zərlərlə rəngləyiblər.

Tarix: 13 Noyabr 2019, 23:55   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin