BURADA REKLAMINIZ OLA
BİLƏR

“Maskaya ehtiyac yoxdur, əllərinizi yuyun, məsafə saxlayın”

Meksika Prezidenti Andres Manuel Lopesin koronavirusla bağlı açıqlaması təəccübə səbəb olub.

 

Pravda.az xəbər verir ki, ölkəsində son 24 saatda koronavirusdan 608 nəfərin ölməsinə baxmayaraq o, maska taxmağın vacib olmadığını bildirib.

 

Meksika lideri sosial məsafənin və təmizlik qaydalarına riayət olunmağın kifayət etdiyini söyləyib: “Maskaya ehtiyac yoxdur. Əllərinizi yuyun, məsafə saxlayın. Bunu ölkədəki həkimlər də təsdiq edə bilər”.

 

Qeyd edək ki, bu günə qədər Meksikada 1 milyon 144 min 643 nəfər koronavirusa yoluxub, 108 min 173 nəfər vəfat edib.

Tarix: 4 Dekabr 2020, 17:32   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin