BURADA REKLAMINIZ OLA
BİLƏR

Koronavirusun müalicəsində istifadə edilən “Favipiravir” adlı 8 həblik dərman 750 manata satılır

“Koronavirus Azərbaycanda var gücü ilə fəaliyyətdədir, hər gün yeni anti-rekordlar vurur. Artıq son zamanlar  4000-dən çox yoluxma halı qeydə alınır, ölənlərin sayı 1 faizin üzərindədir, hər gün ən azı 40 vətəndaşımız dünyasını dəyişir. Evdə və xəstəxanalarda 52 649 aktiv xəstə müalicə alır. Bu Azərbaycanın səhiyyə infrstrukturu üçün görünməmiş yükdür. Son zamanlar fəaliyyətə başlayan "Yeni Klinika"da, "Atletlər evi"ndə, FHN-nin modul  və  digər modul xəstəxanalarda  xəstələrə yüksək səviyyədə, ödənişsiz və təmannasız xidmət göstərilir. Bütün bunları alqışlayıram, lakin, daxil olan məlumatlara görə, bəzi xəstəxanalara  xəstə yerləşdirmək  rüşvət hesabına mümkündür. Bu işdə təcili və təxirəsalınmaz yardım həkimlərinin  müəyyən məbləğdə ödənişin müqabilində vasitəçiliyi barədə də xəbərlər alıram.  Bununla  həkimlərin ağır və riskli əməyinin üzərinə kölgə salmaq istəmirəm. Onlar gözəgörünməz virusla mübarizədə əsl qəhrəmanlıq nümayiş etdirirlər, yoluxurlar, həyatlarını qurban verirlər. Hesab edirəm ki, onların əməyi layiqli qiymətləndirilməli, vəfat edən həkimlərin ailəsinə  ən azı 10 min manat məbləğində birdəfəlik yardım edilməlidir”.

 

Pravda.az-ın xəbərinə görə, bunu iqtisadçı Qubad İbadoğlu deyib.

 

Q.İbadoğlu bildirib ki, bunun üçün mənbə də var: “Belə ki, düzəliş edilmiş büdcədə COVİD-19 pandemiyası ilə əlaqədar olaraq əlavə tələb olunan  1371,5 milyon  manat zəruri xərclərin 369,0 milyon manatı səhiyyə sahəsi üzrə xərclənir. Bu xərclər barədə məlumat verilmir, hətta rəsmi olaraq ünvanladığımız sorğular belə cavabsız buraxılıb. Dərman çatışmazlığından qara bazarda dərman satışlarından məlumatlar gəlir. Belə məlumatlar nə ikinci, nə üçüncü deyil, elə birinci şəxslərdən alıram. Favipiravir adlı 8 həblik dərmanı 750 manata satırlar. Virusu aşkar etmək üçün testləri dövlət vəsaitinə əldə edilsə də, onların istifadəsi şəffaf deyildir. “Koronavirusla Mübarizəyə Dəstək Fondu”na yığılan 114 milyon 214,5 min manat  vəsaitdən ya isifadə edilmir, ya da istifadə edilirsə hara, necə və nə qədər xərclənməsi açıqlanmır...”

Tarix: 4 Dekabr 2020, 21:15   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin