BURADA REKLAMINIZ OLA
BİLƏR

Sabiq deputat: “Əsgərlərimiz nərtaxta, damino, futbol oynayır, qartopu ilə, xizəklə qışın dadını çıxarır...”

“Müharibənin stressini, ağrı-acısını, qan-qadasını yaşayan əsgərlər evə döndükdən sonra psixoloqların da iştirakı ilə bir müddət reabilitasiya olunmalıdır. Onların yaşadıqları cəmiyyətə tam adaptasiya olunması üçün müəyyən zaman tələb olunur. Ona görə də atəşkəsdən sonra əsgərlərimizi geri çağırmağa tələsməməliyik, məncə”.

 

Pravda.az-ın xəbərinə görə, bu təkliflə sabiq deputat Etibar Hüseynov çıxış edib.

 

“Videoları izləyirik. Əsgərlərimiz nərtaxta, damino, futbol oynayır, qartopu ilə, xizəklə qışın dadını çıxarır. Rəqs eləyir, mahnı oxuyur, at-eşşək sürür. Üstəgəl- təmiz hava, təmiz qida, təmiz bal, təmiz içkilər... Bundan gözəl antidepressant? Gəlin imkan verək yığılmış gərginlikdən, yaşanmış psixozdan azad olsunlar. Lazımdırsa, yemək- içmək, artist-müğənnilərdən göndərək bir müddət də istirahət edib rahatlansınlar. Bu çox vacibdir. İnanın ki, çox...”

Tarix: 4 Dekabr 2020, 23:20   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin