BURADA REKLAMINIZ OLA
BİLƏR

“Bu Qələbə bizi əyilməz ruhumuzun, sınmaz iradəmizin təcəssümüdür” – Dünya çempionu

“1992-ci ilin yazında Şuşa və Laçının işğalından sonra Kəlbəcərin də işğal edilməsi böyük ərazidə Ermənistanla Dağlıq Qarabağ arasında coğrafi bağlanti yaratdı və Ermənistanın sonrakı işğalçılıq siyasətinə böyük üstünlük verdi. Bu üstünlük sayəsində Azərbaycanın ayrılmaz hissəsi Qarabağ 30 il işğal altında qaldı. Birinci Qarabağ müharibəsinin qəfil dalğası müstəqilliyimizin astanasında haqladı və əfsuslar olsun ki,  Qarabağa ədalət harayımızı dünya duymaq istəmədi. Lakin “Qisas qiyamətə qalmaz deyərlər”. Azərbaycan dünyanın ədalətinə deyil  haqqin ədaləntinə söykəndi. 30 il düşmən tapdağı altında fəryad edən, əzilən, məhv edilən, talan olunub viranə qoyulan, azad olunub cani Azərbaycana qovuşacağı günü səbirsizliklə gözləyən Qarabağımız 44 gün ərzində Ali Baş Komandan Cənab Prezident İlham Heydər oğlu Əliyevin qətiyyətli və uzaqgörən siyasəti, əzmi və iradəsi, Müzəffər Milli Ordumuzun rəşadəti, 2 783 şəhidimizin qani bahasına işğaldan azad olundu. Bu, bir tarixi qələbədir”.

 

Pravda.az-ın xəbərinə görə, bunu dünya çempionu Güloğlan Cabbarov deyib.

 

“İkinci Qarabağ müharibəsi dünyaya həm siyasi arenada həm hərb meydanindan Qarabağ Azərbaycandır! mesajını verdi. Azərbaycan tarix yazdi. Yeni əsrimizin yeni tarixini. İşğal altında olan torpaqlarımızın 5 min kv. km ərazisini vuruşaraq, bir o qədər də ərazini də bir güllə belə atmadan geri aldıq. Ermənistan kapitulyasiya sənədini imzalamaq məcburiyyətində qaldı. Təbii ki, bu müharibədə böyük qardaşımız Türkiyə hər addımımızda yanımızda oldu. Bütün gücü və qüdrətiylə Azərbaycanı dəstəklədi. Türkiyənin Prezidenti Rəcəb Tayib Ərdoğan və Azərbaycanın Prezidenti İlham Əliyev bir daha türkün birliyini, qüdrətini dünyaya nümayiş etdirdi. Siyasi meydanda cərəyan edən son hadisələr bir daha regionda Türkiyənin nüfuzunu nə qədər önəmli oldugunu ön plana cəkdi. Artıq müharibə arxada qaldı. Ölkəmiz ücün yeni quruculuq, azad edilmiş ərazilərin bərpası dövrü başlayır. Azərbaycan xalqı yenə də birlik və güclü iradə nümayiş etdirəcək, dağıdılmış kənd və şəhərləri yenidən abad edəcək. Artiq 30 il ərzində gündəmdən düşməyən Dağlıq Qarabağ münaqişəsi sözü tarixə cevrildi. Xalqımız gələcəkdə daha şanlı səhifələrə imza atmaq ümidiylə Vənab Prezidentimizin ətrafinda bir yumruq kimi birləşmişdir. Bu Qələbə bizi əyilməz ruhumuzun, sınmaz iradəmizin təcəssümüdür. Bu Qələbə ölkəmiz üçün yeni dövr açır - inkişaf, təhlükəsizlik, tərəqqi dövrü. Bunun qaranti Azərbaycan Ordusudur. Mən millətimlə, Prezidentimlə, Odumla fəxr edirəm” – G.Cabbarov qeyd edib.

Tarix: 5 Dekabr 2020, 00:10   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin