BURADA REKLAMINIZ OLA
BİLƏR

Gəncənin tarixi adının bərpasından 30 il keçir - VİDEO

Bu gün dəfələrlə adı dəyişdirilən Gəncə şəhərinin tarixi adının bərpasından 30 il keçir.

 

Pravda.az-ın xəbərinə görə, zaman-zaman Abbasabad, Yelizavetpol, Kirovabad kimi adlandırılan şəhərin tarixi adı 1989-cu il dekabr ayının 30-u özünə qaytarılıb. Şəhərin sovetlər birliyi dönəmində 1960, 1962 və 1987-ci illərdə yenidən Gəncə adlandırılması üçün bir neçə dəfə cəhd göstərilsə də, bu istiqamətdə konkret addımlar Ulu Öndər Heydər Əliyevin sovet Azərbaycanına rəhbərliyi dövründə atılıb.

 

Gəncənin tarixi adının bərpası ilə bağlı hazırlanan videomaterialda AMEA Gəncə Bölməsinin akademik katibi, akademik Fuad Əliyev, YAP Gəncə şəhər təşkilatının sədri, Milli Məclisin deputatı Naqif Həmzəyev bir neçə dəfə adı dəyişdirilən Gəncənin adının bərpası ilə bağlı ətraflı məlumat veriblər.

 

Tarix: 30 Dekabr 2019, 17:53   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin