“Azərbaycanda koronovirusdan indiyədək nə qədər insan ölüb? Rəsmi rəqəmlərə görə 1551 nəfər. Amma əsl rəqəmin bundan bir neçə dəfə çox olduğunu düşünməyə ciddi əsas var”.
Pravda.az-ın xəbərinə görə, bunu ReAl Partiyanın sədri İlqar Məmmədov deyib.
İ.Məmmədov bildirib ki, hər il Azərbaycanda ən müxtəlif səbəbdən təxminən 55-57 min adam həyatını itirir: “Bu rəqəm aylar üzrə dəyişəndir. Amma eyni ay üzrə rəqəmlər çox da fərqlənmir. Onların yuxarı və aşağı hədləri var. Qrafikə baxaq. 2015-2019-cu ilin aylıq ölüm rəqəmləri mavi “kəmər” içində dəyişir. 2020-ci ilin yanvar və fevral aylarında say həmin “norma” daxilində idi. Lakin mart ayından etibarən rəqəmlər fərqlənməyə başladı. Düzdür, aprel, may, avqust və sentyabr aylarındakı göstəricilər kəmərdən çox da kənarda durmayıb. Onlara “normanın inkişafı” kimi də baxıb hesaba almamaq olar. Amma mart, iyun və iyul aylarında normadan çox artıq - müvafiq olaraq 889, 1903 və 890 insan öldü. Nədən? Həmin dövrdə ölkədə COVİD-19-dan başqa bu qədər əlavə ölüm sayı yaradacaq heç bir fövqəladə hadisə baş verməyib. O əlavə ölümləri toplasaq, 3682 nəfər edir. Əlbəttə, bu artıqlamanın hamısı COVİD-19 səbəbi ilə yaranmayıb. Cüzi də olsa, əhalinin çoxalması, qocalması, keçmişdə yaranan hansısa demoqrafik dalğa buna təsir edə bilir. Amma bu cür təsirlər statistikada ləng tərpəndiyi üçün bu sayda əlavə ölüm qətiyyən yarada bilməz. Deməli, 3682-in böyük əksəriyyəti məhz COVİD-19-dan ölənlərin sayıdır. Bu 3 min də ola bilər, 3 min 500 də. Amma hər halda TƏBİB-in dediyi 1551 nəfər deyil. Bundan başqa, həmin əlavə say COVİD-19-dan ölənlərin heç də hamısı deyil. Yəni normal saya aid ölümlərin də bir hissəsi COVİD-19-dan irəli gəlir. Üstəgəl, normal saya aid olanların bir qismi COVİD-19-a yoluxmuş, amma başqa/qarışıq səbəbdən ölənlər təşkil edir.
Beləliklə deyə bilərik ki, koronavirusa yoluxmuş minlərlə adam bu il həyatını itirib. TƏBİB-in dediyi 1551 nəfər isə, sadəcə, testdən keçərək yoluxması təsdiqlənən və sonra əsasən COVİD-19 səbəbilə həyatını itirən adamların sayıdır. İndi başlıca sual ondan ibarətdir ki, marta qədər davam edən 1 illik dövrdə sözü gedən normadan artıq ölümlərin neçəsi statistikada əriyib ümumi nəticəni illik normaya yaxınlaşdıracaq. Məhz onda COVİD-19 virusunun həqiqətənmi bu qədər həyəcana və sərt tədbirlərə layiq olub-olmadığını lap dəqiqliyi ilə göstərmək mümkün olacaq. Hökumət isə naməlum adamların naməlum metodları əsasında xalqa gah o, gah bu mübarizə üsulunu təqdim etmək təcrübəsinə son qoymalıdır. Heç olmasa koronovirus məsələsində bütün qərarlar tam şəffaf rəqəmlər və metodlar əsasında verilməlidir”.
ReAl sədr əlavə edib: “Dediklərim hökumətin nə qədər pis tələyə düşdüyünü göstərir.
1. Çıxıb təkzib etsələr ki, “Yox, COVİD-19-dan ölənlərin sayı elə TƏBİB dediyi 1551 nəfərdir”, onda sual yaranır:
“Bəs əlavə 1903 nəfər iyunda, 890 nəfər iyulda və 889 nəfər martda nədən ölmüşdü? Əgər qəfil bir səbəb 3682 nəfəri, COVİD-19 isə cəmi 1551 nəfəri öldürürsə, onda bu qəfil səbəb haqda cəmiyyət indiyədək niyə heç nə bilməyib və hələ də bilmir?”
2. Çıxıb təsdiq eləsələr ki, “Bəli, bu 3682+ nəfər, doğrudan da, COVİD-19 səbəbi ilə həyatını itirib, onda başqa sual yaranır:
“Bəs TƏBİB-in indiyədək gündəlik yaydığı rəqəmlər nə hoqqa idi?”
Hələlik iki ehtimal göstərdiyim rəqəmlər arasındakı uyğunsuzluğu izah edə bilər:
1. Mart ayının ortasında birdən-birə karantinin tətbiq edilməsi ayrı-ayrı xəstəliklərdən şiddətli əziyyət çəkən insanları təcili müalicədən məhrum edərək, yüzlərlə əlavə can aldı. Sərt karantinin aprel-may aylarında davam etməsi zamanı müxtəlif xroniki xəstəliyi olan şəxslər də mütəmadi müalicədən məhrum oldular deyə, iyun-iyul aylarında minlərlə insan vaxtından əvvəl həyatını itirdi.
2. Mart ayında virus Azərbaycanda yayılmağa və əlavə ölümlərə səbəb olmağa başladı deyə ayın ortasında karantin tətbiq edildi. Karantin aprel-may aylarında davam etdi və ölüm sayını azaltdı. Mayın sonunda – iyunun əvvəlində karantinin bir neçə həftəlik yumşaldılması yenidən xəstəliyə rəvac verdi və iyun-iyul aylarında minlərlə insan COVİD-19-dan öldü. Birinci ehtimal doğrudursa, sərt karantin TƏBİB-in kobud səhvidir. İkinci ehtimal doğrudursa, onda iyunda COVİD-19-dan cəmi 150, iyulda isə cəmi 235 nəfərin həyatını itirdiyini bizə deyən TƏBİB-in rəqəmləri əsasında bundan sonra heç bir qərar qəbul oluna bilməz”.
19 Aprel 15:37
19 Aprel 15:31
19 Aprel 15:22
19 Aprel 14:01
19 Aprel 13:58
19 Aprel 13:20
19 Aprel 13:19
19 Aprel 13:18
19 Aprel 13:15
19 Aprel 13:13
19 Aprel 13:11
19 Aprel 12:40
19 Aprel 12:37
19 Aprel 12:36
19 Aprel 12:34
19 Aprel 12:33
19 Aprel 12:24
19 Aprel 12:22
19 Aprel 12:18
19 Aprel 12:15
19 Aprel 11:51
19 Aprel 11:40
19 Aprel 11:31
19 Aprel 11:22
19 Aprel 11:05
19 Aprel 11:02
19 Aprel 10:58
19 Aprel 10:46
19 Aprel 10:44
19 Aprel 10:04
19 Aprel 09:42
19 Aprel 09:38
19 Aprel 09:15
19 Aprel 09:13
19 Aprel 09:05
19 Aprel 07:59
19 Aprel 07:36
19 Aprel 07:30
19 Aprel 07:28
19 Aprel 07:17
19 Aprel 01:49
19 Aprel 01:46
19 Aprel 01:44
19 Aprel 01:41
19 Aprel 01:40
19 Aprel 01:36
19 Aprel 01:35
19 Aprel 01:29
19 Aprel 01:27
19 Aprel 01:25
19 Aprel 01:23
19 Aprel 01:21
19 Aprel 00:53
18 Aprel 22:38
18 Aprel 22:35
18 Aprel 22:34
18 Aprel 22:31
18 Aprel 22:30
18 Aprel 22:26
18 Aprel 22:18
18 Aprel 21:39
18 Aprel 21:28
18 Aprel 21:25
18 Aprel 21:21
18 Aprel 21:11
18 Aprel 21:04
18 Aprel 20:38
18 Aprel 20:35
18 Aprel 19:40
18 Aprel 18:36
18 Aprel 18:12
18 Aprel 18:10
18 Aprel 18:09
18 Aprel 18:06
18 Aprel 18:00
18 Aprel 17:58
18 Aprel 17:55
18 Aprel 17:48
18 Aprel 17:45
18 Aprel 17:43
18 Aprel 17:38
18 Aprel 17:33
18 Aprel 17:29
18 Aprel 17:23
18 Aprel 16:45
18 Aprel 16:39
18 Aprel 16:15
18 Aprel 16:01
18 Aprel 15:59
18 Aprel 15:58
18 Aprel 15:51
18 Aprel 15:31
18 Aprel 15:26
18 Aprel 15:09
18 Aprel 15:04
18 Aprel 14:49
18 Aprel 14:28
18 Aprel 14:18
18 Aprel 14:04
18 Aprel 14:04
18 Aprel 13:55
18 Aprel 13:36
18 Aprel 13:32
18 Aprel 13:18
18 Aprel 13:16
18 Aprel 13:15
18 Aprel 13:13
18 Aprel 13:10
18 Aprel 13:09
18 Aprel 13:04
18 Aprel 12:58
18 Aprel 12:53
18 Aprel 12:50
18 Aprel 12:48
18 Aprel 12:47
18 Aprel 12:43
18 Aprel 12:28
18 Aprel 12:18
18 Aprel 12:15
18 Aprel 12:13
18 Aprel 12:10
18 Aprel 11:54
18 Aprel 11:51
18 Aprel 11:44
18 Aprel 11:33
18 Aprel 11:25
18 Aprel 11:18
18 Aprel 11:07
18 Aprel 11:04
18 Aprel 11:03
18 Aprel 10:59
18 Aprel 10:52
18 Aprel 10:45
18 Aprel 10:44
18 Aprel 10:40
18 Aprel 10:36
18 Aprel 10:31
18 Aprel 10:30
18 Aprel 10:28
18 Aprel 10:26
18 Aprel 10:20
18 Aprel 10:16
18 Aprel 10:15
18 Aprel 10:14
18 Aprel 10:04
18 Aprel 09:32
18 Aprel 09:24
18 Aprel 09:17
18 Aprel 09:03
18 Aprel 09:00
Ən son xəbərləri səhifəmizdən də izləyin