Tar simli musiqi alətləri içərisində texniki və dinamik imkanlarına görə ən mükəmməl səsə sahibdir. O simlərdən çıxan səs insanın qəlbinin sarı siminə toxunur. Astaca sənə tarixini xatırladır, keçmişini, bu gününü, hardan gəldiyini, kim olduğunu pıçıldayır. Ən gözəl mahnılarımız onun ifası ilə bəzənir, rənglənir, qəlbimizə yol tapır, sevilir. Təbii ki, tarı ifa edən sənətçidədən də çox şey asılıdır. Çünki ürəyinin üstündə qoyub da ifa etdiyi səslər məhz ifaçının birbaşa qəlbindən simlərə xitab etməlidir. Moderator.az-ın da bu günkü qonağı da peşəkar xanım tarzən Humay Qədimovadır. O, bizimlə söhbətində Qarabağ sevgisindən, yurd həsrətindən və bunun musiqilərimizə necə yansımasından danışdı.
- Zəfər tarixinin şahidi olaraq hansı hissləri keçirirsiniz?
- Bu zəfər bayramı münasibəti ilə bütün Azərbaycan xalqını təbrik edirəm. Hamımızın gözü aydın olsun. Çox qürurverici hissdir. Qələbədən sonra sanki qamətimiz dikəldi. Allah Ali Baş Komandanımızı, müzəffər ordumuzu qorusun. Qazilərimizə allahdan şəfa diləyirəm. Şəhidlərimiz bizim qürur yerimizdir. Biz onlara borcluyuq və ruhları qarşısında baş əyirik. Onlar böyük bir əsrə bərabər qəhrəmanlıq tarixi yazdılar. Bundan sonra əldə etdiyimiz qələbə haqqında filmlər çəkiləcək, kitablar, dastanlar söyləniləcək. Yeni böyüyən nəsil məhz bu ruhda yetişəcək. Bir Azərbaycan vətəndaşı kimi çox sevincliyəm. Sevinclə bərabər qəlbimizin bir hissəsi də kədər içərisindədir.
Atam 1992-ci ildə könüllü şəkildə I Qarabağ müharibəsində iştirak edib. Qəlpə yarası alaraq qazi olub. Müharibədən bir neçə müddət keçdikdən sonra vəfat etdi. Murovdağ istiqmətində gedən döyüşlərdə yaralandı. Murovdağı ətrafı ərazilər düşməndən azad edildikdə yaşadığım hissləri bir Allah bildi. Atamın qanı yerdə qalmadı. Nəinki atamın I Qarabağ müharibəsində döyüşən şəhidlərimizin qanı yerdə qalmadı. Allah hər birinə rəhmət etsin, məkanları cənnət olsun.
- I Qarabağ müharibəsində məğlub olduq. II Qarabağ müharibəsində öz torpaqlarımızı işğaldan azad etdik. Bundan sonra yaradıcılığınızda qələbə ruhlu mahnılar görə biləcəyikmi?
- I Qarabağ müharibəsini məğlubiyyətlə bitmiş hesab etmirəm. O müharibədə iştirak etmiş şəhidlərimiz, qazilərimiz məğlub deyillər. Təsəvvür edin ki, sizinlə qonşuyuq, gecənin yarısı gəlib məni öldürür, evimi, yurdumu talan edirsiniz. Mənim bütün mülkiyyətimə sahib olursunuz və hər bir şeyə nail olmaq istəyirsiniz. Biz haqsızlığa uğradıq, bu məğlubiyyət deyil.
- Qarabağın özünəməxsus mədəniyyəti, musiqisi vardı. Sizcə bu ənənələri yenidən davam etdirmək mümkün olacaqmı?
- Biz bu illər ərzində ürəyimizdə, qəlbimizdə Qarabağ sevdası ilə yaşamışıq. Bu 30 ildə torpaqlarımız işğal altında olsa da Qarabağın bütün mədəniyyətini cani könüldən yaşatdıq. Qarabağ musiqisi dünyaya tanıdıldı. Bu xüsusda Heydər Əliyev Fondu, Azərbaycanın birinci vitse-prezidenti Mehriban Əliyeva mədəniyyətimizin dünyada təbliğatı üçün böyük işlər gördü. Bildiyiniz kimi Muğam müsabiqələri, festivallar keçirildi. Azərbaycan kamançası, tarı, digər milli musiqi alətlərimiz YUNESKO-nun Bəşəriyyətin qeyri-maddi mədəni irsi siyahısına daxil edildi.
Biz Qarabağın zəngin mədəniyyətini 30 il yaşatdıq və heç zaman özümüzdən ayrı bilmədik. Kiçikdən böyüyə qədər bunu hər kəs özündə yaşatdı. 44 günlük döyüşdə biz Qarabağ sevdasını, bu ruhu igidlərimizdə, vətəndaşlarımızda gördük. Qarabağ əzəli olaraq bizə məxsusdur. Bizim ulu babalarımız, nənələrimiz bu torpaqlarda yaşayıb. Oradakı tarixi abilərimizin hər biri bunu özündə əks etdirir.
- Sentyabrlın 27-dən bu günə qədər yaşadığımız hadisələri necə ifadə edərdiniz?
- Bu vaxta qədər yaşadığımız hadisələri yuxusuz gecələr, həyəcan, stress, sevinc, kədər ifadələri ilə əvəz edərdim. 2 ay ərzində hər birimizin ürəyi ordumuzun yanında oldu. Oğullarımız torpaqlarımızı canı bahasına qoruyurdular. Daim onları düşünürdük, indi də dualarımız onlarladır. Onu da qeyd edim ki, tələbələrimdən biri hazırda Laçında döyüşür, digər tələbəm isə şəhidlik zirvəsinə ucaldı. Onların valideynləri ilə tez-tez əlaqə saxlayıram. Bu çox ağır dərddir.
2 ay ərzində çiynində yoldaşının, oğlunun tabutunu daşıyan qadınlarımızı gördük. Bayrağımızı öpüb, “Vətən sağ olsun” deyən şəhid valideynlərini, övladlarını gördük. Şəhid valideyninin məğrur dayanış nümayiş etdirdiyinin şahidi olduq. Bütün bunlarla fəxr etdik, qürurlandıq.
- “Qarabağ işğaldan azad olunarsa” deyə bir əhdiniz var idimi?
- Qarabağda heç zaman olmamışam. Ancaq 30 il o torpaqlarımızın arzusu ilə böyümüşəm. Şuşaya isə başqa cür sevgim, bağlılığım vardı. Əhd etmişəm ki, Şuşaya ilk ayaq basanda torpağından dadacam. Torpağı öpüb, alınımın üstünə qoyacam.
- Füzuli şəhərinin Ermənistan tərəfindən dağıdılmış Mədəniyyət Mərkəzinin qarşısında 27 il sonra skripka ilə mahnı ifa edildi və bununla da dünyaya sülh mesajı verildi. Sizcə burda milli alətlərimizlə dünyaya sülh mesajı ötürülməsi daha yaxşı olmazdımı?
- Ermənilər işğal etdikləri torpaqlarımızı xarabalığa çeviriblər. Bir instrumentalist kimi demək istəyərdim ki, bu çox gözəl təşəbbüsdür. Mən də dünyaya sülh mesajı ötürmək üçün skripkanın ifasını gördüm, amma... Azərbaycanın qədim, zəngin, milli musiqi alətləri var. Orda tarın, balabanın, kamançanın, udun, neyin səsini eşitməyi daha çox istərdim. Bu alətlərlə yaadığımız yanğını daha yaxşı ifadə etmək olardı. Biz torpaqlarımızı gül -çiçəkli vəziyyətdə qoyub çıxmışıq. Gəlib görürük ki, torpaqlarımızı xarabaxanaya çeviriblər. Buna ithaf olaraq yanğılı, qədim Azərbaycan alətləri ilə hayqırtımızı nümayiş etdirsəydik daha gözəl olmazdımı? Orda musiqinin səslənməsini alqışlayıram. Ancaq dərdimizi, acımızı dünyaya milli alətlərimizlə ötürsəydik bu görüntü ilə daha çox vəhdət təşkil edərdi.Moderator
24 Oktyabr 00:36
24 Oktyabr 00:33
24 Oktyabr 00:32
24 Oktyabr 00:29
23 Oktyabr 22:21
23 Oktyabr 22:06
23 Oktyabr 21:04
23 Oktyabr 21:00
23 Oktyabr 20:48
23 Oktyabr 18:49
23 Oktyabr 18:49
23 Oktyabr 18:45
23 Oktyabr 18:41
23 Oktyabr 18:35
23 Oktyabr 18:31
23 Oktyabr 18:27
23 Oktyabr 18:23
23 Oktyabr 18:18
23 Oktyabr 18:12
23 Oktyabr 18:05
23 Oktyabr 17:59
23 Oktyabr 17:55
23 Oktyabr 17:48
23 Oktyabr 17:42
23 Oktyabr 17:39
23 Oktyabr 17:37
23 Oktyabr 17:33
23 Oktyabr 17:24
23 Oktyabr 17:19
23 Oktyabr 17:17
23 Oktyabr 17:12
23 Oktyabr 17:05
23 Oktyabr 16:57
23 Oktyabr 16:51
23 Oktyabr 16:39
23 Oktyabr 16:35
23 Oktyabr 16:31
23 Oktyabr 16:29
23 Oktyabr 16:21
23 Oktyabr 16:17
23 Oktyabr 16:12
23 Oktyabr 16:07
23 Oktyabr 16:07
23 Oktyabr 15:59
23 Oktyabr 15:58
23 Oktyabr 15:54
23 Oktyabr 15:39
23 Oktyabr 15:37
23 Oktyabr 15:25
23 Oktyabr 15:18
23 Oktyabr 15:15
23 Oktyabr 15:10
23 Oktyabr 15:05
23 Oktyabr 14:55
23 Oktyabr 14:47
23 Oktyabr 14:45
23 Oktyabr 14:41
23 Oktyabr 14:33
23 Oktyabr 14:29
23 Oktyabr 14:27
23 Oktyabr 14:15
23 Oktyabr 14:11
23 Oktyabr 14:09
23 Oktyabr 14:04
23 Oktyabr 13:54
23 Oktyabr 13:47
23 Oktyabr 13:42
23 Oktyabr 13:39
23 Oktyabr 13:35
23 Oktyabr 13:29
23 Oktyabr 13:25
23 Oktyabr 13:22
23 Oktyabr 13:17
23 Oktyabr 13:10
23 Oktyabr 12:53
23 Oktyabr 12:47
23 Oktyabr 12:44
23 Oktyabr 12:36
23 Oktyabr 12:32
23 Oktyabr 12:30
23 Oktyabr 12:24
23 Oktyabr 12:13
23 Oktyabr 12:07
23 Oktyabr 12:01
23 Oktyabr 12:00
23 Oktyabr 11:56
23 Oktyabr 11:52
23 Oktyabr 11:45
23 Oktyabr 11:40
23 Oktyabr 11:35
23 Oktyabr 11:31
23 Oktyabr 11:16
23 Oktyabr 11:14
23 Oktyabr 11:12
23 Oktyabr 11:10
23 Oktyabr 10:45
23 Oktyabr 10:42
23 Oktyabr 10:38
23 Oktyabr 10:34
23 Oktyabr 10:33
23 Oktyabr 10:31
23 Oktyabr 10:21
23 Oktyabr 10:18
23 Oktyabr 10:17
23 Oktyabr 10:15
23 Oktyabr 10:08
23 Oktyabr 10:07
23 Oktyabr 09:59
23 Oktyabr 09:58
23 Oktyabr 09:57
23 Oktyabr 09:34
23 Oktyabr 09:12
23 Oktyabr 09:03
23 Oktyabr 08:41
23 Oktyabr 08:31
23 Oktyabr 08:25
23 Oktyabr 08:20
23 Oktyabr 08:16
23 Oktyabr 08:16
23 Oktyabr 08:14
23 Oktyabr 08:12
23 Oktyabr 08:08
23 Oktyabr 06:26
23 Oktyabr 06:24
23 Oktyabr 00:31
23 Oktyabr 00:10
22 Oktyabr 23:32
22 Oktyabr 23:04
22 Oktyabr 22:09
22 Oktyabr 20:44
22 Oktyabr 20:32
22 Oktyabr 19:58
22 Oktyabr 19:22
22 Oktyabr 18:55
22 Oktyabr 18:49
22 Oktyabr 18:47
22 Oktyabr 18:43
22 Oktyabr 18:40
22 Oktyabr 18:35
22 Oktyabr 18:30
22 Oktyabr 18:19
22 Oktyabr 18:15
22 Oktyabr 18:10
22 Oktyabr 18:10
22 Oktyabr 17:59
22 Oktyabr 17:52
22 Oktyabr 17:45
22 Oktyabr 17:39
22 Oktyabr 17:25
22 Oktyabr 17:24
Ən son xəbərləri səhifəmizdən də izləyin